1st Azerbaijan Neuroscience School (Introduction)

“1-ci Azərbaycan Neyroelm Məktəbi (Giriş)” Azərbaycanda ilk dəfə neyroelm tədris edən məktəb olacaq.

12 həftəlik Neyroelm məktəbi çərçivəsində bütün iştirakçılar kliniki və fundamental neyroelmə giriş mahiyyəti daşıyan çox önəmli teorik və praktiki bilgilər əldə edəcəklər. Bu məktəbdə tədris edən müəllimlərin hər biri dünya səviyyəli institutlarda təhsil almış və tədris etmiş aparıcı bioloqlardır.

“1-ci Azərbaycan Neyroelm Məktəbi” onlayn və həftədə 1 dəfə olmaqla baş tutacaq. Məktəbin sonunda (13-cü həftə) imtahan baş tutacaq. Məktəbi uğurla keçən tələbələr beynəlxalq sertifikat əldə edəcək və 2024-cü ilin sentyabrında baş tutacaq “1-ci Azərbaycan Neyroelm Məktəbi (Advanced)” məktəbinə güzəştli seçim haqqı qazanacaqlar.

Dərslər və imtahan Azərbaycan dilində olacaq.

“1-ci Azərbaycan Neyroelm Məktəbi” layihəsi ” The Company of Biologists” və Neyroelm MMC-in dəstəyi sayəsində baş tutur.

Məktəb 24 Martdan başlayaraq hər həftənin bazar günü saat 18:00-20:00 arasında Zoom vasitəsilə baş tutacaq. Zoom linki məktəbə qeydiyyatdan keçdikdən sonra iştirakçılarla bölüşüləcək.

ModulTarixMövzuMüəllim
Modul 1. Elmi Məqalələr: Elmi ədəbiyyatdan düzgün istifadə24 Mart 2024Elmi məqalələrin növləri– araşdırma və icmal məqalələriSadiq Niftullayev
Modul 2. Elmi tədqiqat: Elmi təcrübələr və onların tərtib edilməsi31 Mart 2024Elmi təcrübələr: Sual, Fərziyyə, Mülahizə və KontrollarSadiq Niftullayev
Modul 3. Model orqanizmlər07 Aprel 2024Model orqanizmlərDr. Ərtoğrul Alışbəyli

Modul 4. Müasir bioloji metodologiya



14 Aprel 2024DNT/RNT ilə bağlı metodlarDr. Mədinə Quliyeva

Modul 4. Müasir bioloji metodologiya



21 Aprel 2024Biokimyəvi metodlarSadiq Niftullayev

Modul 4. Müasir bioloji metodologiya



28 Aprel 2024Mikroskopiya– İM, İFM, EMMahirə Səfəralizadə

Modul 4. Müasir bioloji metodologiya



05 May 2024Hüceyrə kulturalarıDr. Mədinə Quliyeva

Modul 4. Müasir bioloji metodologiya



12 May 2024StatistikaTural Məmmədov

Modul 4. Müasir bioloji metodologiya



19 May 2024BioinformatikaDr. Elmir Məhəmmədov
Modul 5. Translasiya olunan tədqiqat26 May 2024Kliniki sınaqlarDr. Rəşad Yusifov
Modul 6. Neyroelmə giriş: Əsas Konseptlər02 Iyun 2024Neyroelm: GirişElxan Yusifov

Modul 7. İmtahan
09 Iyun 2024Imtahana hazırlıq

Modul 7. İmtahan
İmtahan/layihə

Hər dərs bazar günü axşam saat 18:00-20:00 arasında baş tutacaq

Sponsorlar

Sponsorlarımız “The Company of Biologists”-ə və Neyroeylm MMC-ə dəstəyə görə minnətdarıq,

Neyroelm təhsili və tədqiqatının təşviqində aparıcı təşkilat kimi “The Company of Biologists” və Neyroelm MMC layihəmizə sponsor olaraq öz dəstəklərini göstərirlər. Onların missiyası bu tədbirlə bağlı məqsədlərimizlə üst-üstə düşür – elmi ünsiyyət bacarıqlarını artırmaq, əməkdaşlığı inkişaf etdirmək və neyroelm sahəsində tədqiqat potensialını artırmaq.

“The Company of Biologists” bütün dünyada neyroelmin təhsili və tədqiqatını təşviq etmək məqsədi daşıyan müxtəlif proqramlarla beynəlxalq əhatəyə malikdir. “The Company of Biologists” haqqında ətraflı məlumat üçün: https://www.biologists.com/

Sponsor ol

Neyroelm sahəsində tədqiqat və təhsili inkişaf etdirməyə həvəsli olan təşkilatları və şəxsləri sponsor kimi bizə qoşulmağa dəvət edirik. Sponsorluğunuz iştirakçılarımız arasında elmi ünsiyyət bacarıqlarının inkişafına töhfə verəcək, Azərbaycanda təbiət elmi sahələri üzrə tədqiqatçıların gələcək nəslini yetişdirəcək.

Sponsorluq imkanları, o cümlədən üstünlüklər və sponsorluq səviyyələri haqqında daha çox öyrənmək istəyirsinizsə, info@neuroscience.az ilə bizimlə əlaqə saxlayın. Komandamız Azərbaycanda neyroelm üzrə tədqiqat və təhsilə əhəmiyyətli təsir göstərmək üçün necə birgə tərəfdaş ola biləcəyimizi müzakirə etməkdən məmnun olacaq. Bu fürsəti sizinlə birlikdə müzakirə etməyi səbirsizliklə gözləyirik.

Scroll to Top