
Bu workshop Azərbaycanın elmi ictimaiyyətində məlumatların səmərəli təqdim edilməsi və kommunikasiyadakı bilik boşluğunu aradan qaldırmaq məqsədi daşıyır. İnanırıq ki, məqalələrin yazılması (“Paper”), Posterlərin tərtib edilməsi (“Poster”) və təqdimatların keçirilməsi (“Presentation”) bacarıqlarının təkmilləşdirilməsi Azərbaycanda aparılan tədqiqatların keyfiyyətinə müsbət təsir göstərəcək. Bu hibrid təlim elmi ünsiyyət bacarıqlarını və tədqiqatlarının təsirliliyini artırmaq istəyən tələbələr, alimlər və tibb mütəxəssisləri üçün nəzərdə tutulub.
Day 1 (24/11): Scientific Writing – Papers | |
---|---|
08:45-09:15 | Registration |
Welcoming and Introduction to ANS | |
09:15-09:45 | Welcome and program overview |
Session 1 Welcome talk | |
09:45-10:30 | Funding Opportunities from IBRO-PERC in support of Your Scientific Career (Prof. José Luis Lanciego) |
10:30-10:45 | Coffee Break |
Session 2: Efficient scientific writing | |
10:45-12:00 | Talk: Everything you need to know about scientific papers (Elkhan Yusifov) |
12:00-13:00 | Lunch Break |
13:00-15:00 | Talk: Key Elements of a Well-Written Scientific Paper (Sadig Niftullayev) |
15:00-15:30 | Coffee Break |
15:30-16:00 | (continued) Talk: Key Elements of a Well-Written Scientific Paper (Sadig Niftullayev) |
Day 2 (25/11): Poster Design and Presentation | |
Session 3: Principles of Effective Poster Design | |
09:00-10:15 | Talk: How to make a good scientific poster? (Artoghrul Alishbayli) |
10:15-10:30 | Coffee Break |
10:30-12:00 | (continued) Talk: How to make a good scientific poster? (Artoghrul Alishbayli) |
12:00-13:00 | Lunch Break |
Session 4: Open Access Resources in Neuroscience | |
13:00-14:00 | Talk: Open access scientific resources in neuroscience and beyond (Artoghrul Alishbayli) |
Session 5: Collaboration and Networking in Neuroscience | |
14:00-15:00 | Talk: What is an innovation? How to spin scientific research as a startup? (Dr. Leyla Taghizade) |
15:00-15:30 | Coffee Break |
15:30:16:30 | Talk: Maximizing Research Productivity: Time Management Strategies, National Science Support Initiatives, Effective NGO Approaches, and Proven LLC Guidelines (Gunel Aghabeyli) |
16:30-17:00 | Future projects of ANS: how to be involved? |
Day 3 (26/11): Oral Presentation Skills | |
Session 6: Structuring and Delivering Oral Presentations | |
09:00-10:30 | Talk: The Science of Effective Presentations (Dr. Medina Guliyeva) |
10:30-11:00 | Coffee Break |
11:00-12:30 | Talk: Opportunities for Medical Research in Azerbaijan (Orxan Isayev) |
12:30-13:00 | Closing Ceremony |








Əgər Abşeron kənarı bölgələrdən tədbirimizə qatılmaq istəyirsinizsə və maddi yardıma ehtiyacınız varsa, Azərbaycan Neyroelm Cəmiyyəti Bakıya səfər və tədbir zamanı otel xərcinizi qarşılaya bilər. Bunun üçün qeydiyyatdan sonra təqaüd istədiyinizi bildirməyiniz motivasiya məktubunuzu info@neuroscience.az-a göndərməyiniz bəs edir. Sizin müraciətə 1 həftə ərzində cavab gələcək.
Bütün iştirakçıları rahat və məhsuldar təcrübə ilə təmin etmək üçün workshop Badam d’Art Oteldə (Teleqllənin yanı, 2-ci yaşayış massivi 1z, Baku 1021, Azerbaijan) keçiriləcək.
Tədbirimizə qoşularkən həm də oteldə qalmaq istəyirsinizsə, Badam d’Art Otelin tədbirə özəl xüsusi təkliflərini bizimlə əlaqəyə keçərək dəyərləndirə bilərsiniz. Həmçinin bölgələrdən gələn və təqaüd qazanan 10 gənc ANC tərəfindən oteldə ödənişsiz qalmaq şansı əldə edəcək.
Neyroelm sahəsində tədqiqat və təhsili inkişaf etdirməyə həvəsli olan təşkilatları və şəxsləri sponsor kimi bizə qoşulmağa dəvət edirik. Sponsorluğunuz iştirakçılarımız arasında elmi ünsiyyət bacarıqlarının inkişafına töhfə verəcək, Azərbaycanda təbiət elmi sahələri üzrə tədqiqatçıların gələcək nəslini yetişdirəcək.
Sponsorluq imkanları, o cümlədən üstünlüklər və sponsorluq səviyyələri haqqında daha çox öyrənmək istəyirsinizsə, info@neuroscience.az ilə bizimlə əlaqə saxlayın. Komandamız Azərbaycanda neyroelm üzrə tədqiqat və təhsilə əhəmiyyətli təsir göstərmək üçün necə birgə tərəfdaş ola biləcəyimizi müzakirə etməkdən məmnun olacaq. Bu fürsəti sizinlə birlikdə müzakirə etməyi səbirsizliklə gözləyirik.
Sponsorlar
Sponsorumuz IBRO-ya dəstəyinə görə minnətdarıq,
Neyroelm təhsili və tədqiqatının təşviqində aparıcı təşkilat kimi IBRO seminarımıza sponsor kimi öz dəstəyini göstərdi. Onların missiyası bu tədbirlə bağlı məqsədlərimizlə üst-üstə düşür – elmi ünsiyyət bacarıqlarını artırmaq, əməkdaşlığı inkişaf etdirmək və neyroelm sahəsində tədqiqat potensialını artırmaq.
IBRO bütün dünyada neyroelmin təhsili və tədqiqatını təşviq etmək məqsədi daşıyan müxtəlif proqramlarla beynəlxalq əhatəyə malikdir.
